featured-image-61079

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Msport.az xəbər verir ki, komitə Misli Premyer Liqasının XXI turundakı hadisələrlə bağlı qərarlarını açıqlayıb.

Əsas cəza “Turan Tovuz”a kəsilib. “Səbail”lə görüşdə qırmızı vərəqə alan tovuzluların futbolçusu Kauan Martins qarşıdakı 1 turu buraxacaq. Bu, klubu 1000 manat ziyana salıb. Matçın birinci hissəsində hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə alan “Turan Tovuz”un məşqçisi Ruslan Abışov 1 oyun şərti olmaqla 2 görüşlük cəzalanıb, klub 1500 manat cərimələnib. Ona sınaq müddəti 3 ay təyin edilib. Həmçinin azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Turan Tovuz” daha 1000 manat cərimələnib.

“Kəpəz”lə qarşılaşmada qırmızı vərəqə alan “Sabah”ın futbolçusu İqor Noqeyra 1 oyunluq cəzalanıb, klub 500 manat cərimələnib.

“Sumqayıt”la oyunda “Araz-Naxçıvan”ın 4, “Neftçi” ilə matçda isə “Şamaxı”nın 5 futbolçusu sarı vərəqə alıb. Bu üzdən hər iki klub 700 manat xərc çəkməli olacaq.

“Zirə – “Qarabağ” görüşü bitdikdən sonra meydançaya kənar şəxsin daxil olması isə birinciləri 800 manat ziyana salıb.

Bənzər xəbərlər