Kipr klubu millimizin futbolçusunu icarəyə verir
Kiprin “Pafos” klubu Azərbaycanın U-21 millisinin futbolçusu Murad Məmmədovu icarəyə verə bilər.
Msport.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçinin qış transfer pəncərəsində komandadan ayrılması məsələsi daxildə gündəmə gəlib.
Hətta onunla Azərbaycan klublarının, eləcə də Avropanın müxtəlif komandalarının maraqlandığı vurğulanıb. Bu məsələdə Aradippu “Omoniya”sının adı xüsusi hallanır.
Xəbərdə qeyd olunub ki, “Pafos” Məmmədova uzunmüddətli perspektivdə yatırım edib. Onunla 2030-cü ilə qədər müqavilə imzalanması bunu bir daha göstərir. Lakin futbolçu uyğunlaşma prosesi zamanı zədə problemi ilə üzləşib. Düzdür, artıq tam sağalıb və məşqçilər korpusunun sərəncamındadır. Klub onu müntəzəm oynayaraq inkişaf edəcəyi bir komandaya icarəyə verməyi planlaşdırır.







