“Neftçi”nin hücumçusu Avopada ikincidir
Avropanın milli çempionatlarında cari mövsüm ən çox qol vuran braziliyalı futbolçuların adları müəyyənləşib.
Msport.az xəbər verir ki, qitənin ən məhsuldar braziliyalıları arasında Misli Premyer Liqasında çıxış edən bir oyunçu da var.
Belə ki, ölkə çempionatının geridə qalan 9 turunda 8 dəfə fərqlənən Breno Almeyda Avropanın ən məhsuldar ikinci “sambaçı”sıdır. 28 yaşlı vinger yalnız “Barselona”nın kapitanı Rafinyadan geri qalır. Rafinya La Liqanın 9 matçında aktivinə 13 qol yazdırıb.
Həm Rafinya, həm də Almeyda eyni zamanda hərəyə 3 dəfə assist də edib.
Siyahıda ilk “3-lüy”ü 6 dəfə fərqlənən “Ludoqorets”li (Bolqarıstan) Rvan Kruz və “Göztəpə”li (Türkiyə) Juan bölüşürlər.







