AFFA Region Liqasında yeni mövsümün püşkü atıldı
AFFA Region Liqasında yeni mövsümün püşkü atılıb.
Msport.az xəbər verir ki, tədbir bu gün AFFA-nın inzibati binasında təşkil olunub.
Püşkatma mərasimində AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov, AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə, AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, Azərbaycan Həvəskarlar Futbolu Federasiyasının prezidenti Rüfət Əmirov və AFFA Məşqçilər Komitəsinin üzvü Yaşar Vahabzadə, eləcə də, komandaların nümayəndələri iştirak ediblər.
Püşkün nəticəsinə görə, I turda aşağıdakı oyunlar keçiriləcək:
Paytaxt və Şimal zonası
A qrupu, I tur
ŞKGB – “Şirvanovka” FK
“Gənclər PFM – “Lokomotiv Baku”
“Ramana” FK – ATİDEL PFK
“Record Club” – “İnşaatçı” PİK
B qrupu, I tur
“Cəngi” FK – “City Baku” FK
“Xanlıq” – “Əmirli” FK
“Çinar Zəngilan” FK – “Dirçəliş” FK
C qrupu, I tur
“Mübariz” FA – “Xudat City” FA
“Bayıl Rovers” – “Qaradağ Şıxlar” FK
İCBFA – “Gənclik” İK
Mərkəz zonası
D qrupu, I tur
“Ümid” FK – “Marafon” İK
“Bahar” (Beyləqan) – “Avşar” FK
“Hacıqabul” – “Şirvan OİK”
E qrupu, I tur
“Araz” (İmişli) – “Sabirabad” FK
“Xankəndi” FK – “Lokomotiv İmişli”
“Şirvan” FK – Mil” FK
Şimal-Qərb və Qərb zonası
G qrupu, I tur
“Balakən” FK – “Tərtər” FK
“Bərdə” FK – “Kürmük” (Qax)
“Ağstafa Gəncləri” – “Xocalı” PFK
H qrupu, I tur
“Goranboy OİK” – “Naftalan” FK
“Qax” FK – “VT Gəncə”
Cənub zonası
F qrupu, I tur
“Zəfər-44” – “Biləsuvar” FK
“Ərkivan” (Masallı) – “Salyan OİK”
“Qobustan” FK – “Masallı” PFK
“Lənkəran” FK – “Neftçala” FK
Qeyd edək ki, AFFA Region Liqası 54 komandanın iştirakı ilə 4 regionu – Paytaxt və Şimal, Mərkəz, Şimal-Qərb və Qərb, Cənub zonasını əhatə edəcək. Martın 8-9-da start götürəcək turnir mayın sonlarında başa çatacaq.