AFFA rəhbərliyi UEFA-nın Konqresində
Bu gün Serbiyanın paytaxtı Belqradda UEFA-nın 49-cu Növbəti Konqresi keçiriləcək.
Msport.az xəbər verir ki, Konqresdə AFFA rəhbərliyi də iştirak edəcək.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, qitə futbol qurumunun tədbirinə icraçı vitse-prezident Sərxan Hacıyev, baş katib Cahangir Fərəcullayev və icraçı vitse-prezidentin müşaviri Orxan Əhmədov yollanıb.
Konqresdə bir sıra məsələlər müzakirə olunacaq, müxtəlif qərarlar veriləcək.