AFFA rəsmiləri UEFA-nın seminarında
Portuqaliyanın paytaxtı Lissabonda UEFA Fitness kurslarının təşkilinə dair seminarlar keçirilir.
Msport.az xəbər verir ki, tədbir UEFA-nın təşkilatçılığı ilə baş tutur.
Hazırda davam edən seminarda Azərbaycandan da nümayəndələr yollanıb. Belə ki, AFFA-nın təhsil şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimov tədbirdə iştirak edir.
Seminarın aprelin 17-dək davam etməsi nəzərdə tutulub.