featured-image-63312

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva daha bir təyinat alıb.

Msport.az xəbər verir ki, UEFA onu Skopyeyə göndərmək qərarına gəlib.

Belə ki, Ağayeva qadınlar arasında UEFA Millətlər Liqasının Şimali Makedoniya – Latviya matçının UEFA nümayəndəsi olacaq.

C Liqasının 6-cı qrupu çərçivəsində keçiriləcək görüş aprelin 4-də Şimali Makedoniya Futbol Federasiyasının Məşq Mərkəzində təşkil olunacaq.

Bənzər xəbərlər