AFFA rəsmisi Türkiyədə - UEFA üçün
UEFA-nın Türkiyədə nümayəndəliyi açılacaq.
Msport.az xəbər verir ki, Türkiyə qitə futbol qurumunun nümayəndəliyinin fəaliyyət göstərdiyi üçüncü ölkə olacaq.
Daha əvvəl İngiltərə və Belçikada da nümayəndəlik açılıb. Bu gün keçiriləcək açılış mərasimində AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev də iştirak edəcək.
Tədbirə həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, UEFA rəhbəri Aleksander Çeferin və bir neçə federasiya rəhbərlərinin qatılması gözlənilir.