AFFA rəsmisi yenə “Fənərbağça”nın oyununda
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən daha bir təyinat alıb.
Msport.az xəbər verir ki, milli assosiasiya rəsmisi yenə “Fənərbağça”nın ev oyununda fəaliyyət göstərəcək.
O, Türkiyə klubunun UEFA Avropa Liqasının pley-off mərhələsində Belçika klubu “Anderlext”lə keçirəcəyi qarşılaşmanın UEFA Matç direktoru (UEFA Venue Director) kimi iş başında olacaq.
Görüş fevralın 13-də İstanbuldakı “Şükrü Saracoğlu” stadionunda reallaşacaq.