AFFA rəsmisinə UEFA-dan təyinat
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-dan növbəti təyinatı alıb.
Msport.az xəbər verir ki, o, Avropa Liqasının 1/8 final oyununda fəaliyyət göstərəcək.
Belə ki, Məmmədov Türkiyənin “Fənərbağça” klubunun Şotlandiya təmsilçisi “Reyncers”lə ev görüşünün UEFA Matç direktoru (UEFA Venue Director) olacaq. Oyun martın 6-da İstanbuldakı “Şükrü Saracoğlu” stadionunda reallaşacaq.
Qeyd edək ki, Elçin Məmmədov daha əvvəl də bir neçə dəfə “Fənərbağça”nın oyununa təyinat alıb.