Afrikalı hücumçu "Neftçi"dən göndərilir? - Klubdan açıqlama
“Neftçi” futbolçusu Dembo Darbonun klubdan göndəriləcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib.
Klubdan Msport.az saytına verilən məlumata görə, qambiyalı hücumçu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bildirilib ki, 27 yaşlı forvardın “ağ-qaralar”la müqaviləsi var.
Qeyd edək ki, “Neftçi” ötən ilin avqustunda afrikalı futbolçu ilə 2 illik sözləşmə imzalayıb.