“Ağdaş” və “Dinamo”nun oyunçuları cəzalandırıldı
AFFA İntizam Komitəsi II Liqanın 25-ci turunun “Ağdaş” – “Dinamo” oyununda baş verən xoşagəlməz hallarla bağlı qərarlarını açıqlayıb.
Msport.az xəbər verir ki, komandaların hərəsinin 1 futbolçusu cəzaya məruz qalıb.
“Dinamo”nun oyunçusu Əlisa İsayev qeyri-etik ifadə və ya hərəkətə yol verib, “Ağdaş”ın üzvü Səbuhi Ağayev isə təcavüzkar davranışa (rəqibi vurduğuna) yol verib. Buna görə onlar müvafiq olaraq 3 və 4 oyunluq cəzalandırılıb.