Ağsu şəhər stadionunun ot örtüyünə FIFA sertifikatı verildi
Ağsu şəhər stadionunda quraşdırılmış süni ot örtüyü FIFA tərəfindən “Quality Pro” sertifikatına layiq görülüb.
Msport.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
FIFA tərəfindən verilmiş bu keyfiyyət nişanı stadionunda beynəlxalq oyunların keçirilməsinə imkan verir.