featured-image-60555

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının XX turunda səfərdə “Qarabağ”ı 2:1 hesabı ilə məğlub edib.

Msport.az xəbər verir ki, qərb təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Evdəki ağır məğlubiyyətdən sonra bu gün var gücləri ilə mübarizə apardıqlarına görə uşaqlara təşəkkür edirəm. Bütün detallarda uduzduqları məqamda belə, inamla, ümidlə oynayırdılar. Əlimizə imkanlar düşdü və biz bunlardan yararlandıq.

– “Kəpəz”lə oyundan sonra nəyi dəyişdiniz?

– Çətin sualdır. Futbolçuların hər biri ilə fərdi şəkildə danışmaq lazım gəldi. Onlara bildirdim ki, yanaşmanı dəyişmək lazımdır. İnanıram ki, “Kəpəz”lə oyundakı məğlubiyyət bir daha təkrarlanmayacaq.

– Yanaşmanı dəyişmək lazımdır dediniz. Futbolçular rəqiblərə fərqli yanaşır?

– “Kəpəz”lə ən pis oyunumuz idi. Yanaşma bir az fərqli idi. Sadəcə, bunun üzərində işlədik.

– “Qarabağ” FKSB ilə matçda kornerdən 3 qol buraxmışdı. Bunun üzərində xüsusi işləmişdiniz?

– Biz istər müdafiə planında, istər hücumda, hər zaman standart vəziyyətlərin üzərində işləyirik. Təəssüflər olsun ki, ötən matçda standart vəziyyətlərə ciddi yanaşmadıq.

– Veysəl Rzayevin sol cinah müdafiəçisi kimi performansını necə dəyərləndirirsiniz?

– Bu gün Veysəl çox yaxşı oynadı. Bilirik ki, o, akademiyada həm sağ, həm də sol cinah müdafiəçisi kimi oynayıb. Bu, onun üçün yenilik deyildi. Həmçinin Rəhim Sadıqovu qeyd edərdim. Komandada belə oyunçular var. Veysəl Rzayev də onlardan biridir.

– Penalti gözlədiyiniz epizod var idi. Bunu necə şərh edərdiniz?

– Mən adətən hakimlər haqda danışmıram. Mənim olduğum uzaq mövqedən penaltiyə oxşayırdı. Təkrara baxmamışam. Dəqiq nəsə deyə bilmərəm.

– Qurban Qurbanovun zəif nöqtəsini tapdığınızı demək olar?

– Bu cür yaxşı məşqçinin zəif nöqtəsi az olur. Sadəcə olaraq, Allah belə oyunlarda bizə yardım edir. “Qarabağ” Azərbaycan futbolunun flaqmanıdır. Qurban Qurbanov da Azərbaycanın ən güclü məşqçilərindən biridir.

Bənzər xəbərlər