featured-image-58459

Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk daha üç il Cənubi Koreya təmsilçisi “Tedjon Xana Sitizen”də çıxış edəcək.

Msport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

26 yaşlı futbolçunun müqaviləsinin müddəti 2027-ci ilin sonunadək uzadılıb.

Krivotsyuk “Tedjon Xana Sitizen”in mətbuat xidmətinə açıqlama da verib:

“Müqavilə müddətini yenilədiyim üçün çox şadam. Ailəmə və hər şeyə görə Allaha təşəkkür edirəm. Növbəti mövsüm liqada ən yaxşı Antonu görəcəksiniz”.

Qeyd edək ki, Anton Krivotsyuk 2023-cü ilin fevralından Cənubi Koreya təmsilçisinin formasını geyinir.

Bənzər xəbərlər