Apellyasiya Arbitraj Tribunalı "Neftçi"nin cəriməsini təxirə saldı
Neftçi” klubunun Azərbaycan Premyer Liqasının XXIII turunun “Turan Tovuz”la oyunla bağlı apellyasiya şikayətlərinə baxılıb.
Msport.az xəbər verir ki, bununla bağl AFFA Apellyasiya Arbitraj Tribunalı qərar çıxarıb.
Qərara əsasən, İntizam Məcəlləsinin 52.6-cı maddəsi üzrə verilmiş şikayətə baxılması təxirə salınıb. Buna səbəb kimi əlavə sübutların toplanılması və hərtərəfli araşdırmanın aparılması zəruriliyi göstərilib.
Qeyd edək ki, bu maddə üzrə “Neftçi” azarkeşlərinin təhqiredici pankart açmasına görə klubun 15 min manat cərimələnməsi barədə qərardan şikayət verilmişdi.
Digər qərar isə İntizam Məcəlləsinin 52.5-ci maddəsi ilə bağlı olub. Tribunal “Neftçi”nin bu istiqamətdə apellyasiya şikayətini təmin etməyib. 9 mart 2026-cı il tarixində keçirilmiş qarşılaşmada azarkeşlərin hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi və bu halın cari mövsümdə beşinci dəfə təkrarlanması nəzərə alınaraq, klubun 8 000 manat məbləğində cərimələnməsi barədə AFFA İntizam Komitəsinin qərarı qüvvədə saxlanılıb.







