Aqolli: "Cica "Qarabağ"a kömək etmək üçün lazımi keyfiyyətlərə malik futbolçudur"
“Cica “Qarabağ”a vaxtilə mənim də oynadığım “Tirana” klubundan keçdi. Bu, Albaniyada qələbə mentaliteti olan komandadır. Mən də dəfələrlə “Tirana” ilə Albaniya çempionu olmuşam”.
Bunu Msport.az saytına açıqlamasında Albaniya millisinin və “Qarabağ”ın sabiq futbolçusu Ans-i Aqolli həmyerlisi Redon Cicanın Ağdam klubuna keçidi barədə danışarkən deyib.
Veteran müdafiəçi bildirib ki, “Tirana”a daim yaxşı oyunçular yetişdirir və onlardan biri də Cicadır: “Ona “Qarabağ”dakı yeni macərasında hər şeyin ən yaxşısını, çoxlu uğur arzu edirəm. Komandaya kömək edəcəyi ilə bağlı çox nikbinəm. Amma oyunçu kimi daha da inkişaf etməlidir”.
Aqollinin sözlərinə görə, “Qarabağ” 25 yaşlı hücumçunun mümkün qədər sürətlə uyğunlaşa biləcəyi bəlkə də ən yaxşı komandadır: “Orada çox yaxşı sistem var, özünü rahat hiss edirsən. Yalnız futbola fokuslanıb çox çalışmalı, komandasına kömək üçün ən yaxşısını etməyə çalışmalıdır. Əminəm ki, onda bunun üçün bütün keyfiyyətlər var. Çox intizamlı futbolçudur”.
Qeyd edək ki, “Qarabağ” Redon Cica ilə 3,5 illik müqavilə imzalayıb.
CAHİD







