“Andorra”nın qapıçısı ilk dəfə Xesus de Miqelin ölümündən danışdı
İspaniyanın “Andorra” klubunun qapıçısı Xesus Ovono “Tenerife”nin hücumçusu Xesus de Miqelin ölümü haqqında ilk dəfə açıqlama yayıb.
Msport.az xəbər verir ki, futbolçular İspaniya Sequndasında 12-ci turun oyununun son dəqiqələrində toqquşublar.
30 yaşlı forvardın sinəsinə zərbə dəydikdən sonra onun ürəyi dayanıb. Xesus de Miqel noyabrın 3-də xəstəxanada vəfat edib.
“Bu həyatımın ən çətin günləridir. Söz tapmağa və baş verənləri anlamağa çətinlik çəkirəm. Xesusun itkisi məndə dərin kədər doğurur. Onun haqqında, ailəsi haqqında və onu sevən bütün insanlar haqqında düşünürəm. Bilirəm ki, həllini tapmalı olan bir çox məsələlər var və mən bütün bunlara hörmətlə yanaşıram. Amma düzünü desəm hazırda Xesusun itkissindən və içimizdə çəkdiyimiz bu əzabdan başqa heç nə düşünə bilmirəm”.







