featured-image-84494

Bu gün Azərbaycanın iki klubu UEFA Gənclər Liqasında növbəti oyuna çıxıblar.

Msport.az xəbər verir ki, “Qarabağ”ın U-19 komandası 2-ci təsnifat mərhələsinin cavab oyununu keçirib.

Rəşad Sadiqovun rəhbərlik etdiyi kollektiv Zaqrebdə yerli “Dinamo”ya 0:7 hesabı ilə məğlub olub.

“Sabah”ın U-19 komandası isə səfərdə Norveç təmsilçisi “Vikinq”lə qarşılaşıb. Oyun meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

“Sabah” 4 oyundan sonra Liqa mərhələsində xal toplaya bilməyib.

Bənzər xəbərlər