“Araz-Naxçıvan” 1 qolla “Zirə”yə qalib gəldi
Azərbaycan Kubokunun 1/4 final mərhələsində daha bir görüş keçirilib.
Msport.az xəbər verir ki, ilk oyunlar çərçivəsində “Araz-Naxçıvan” “Zirə”ni qəbul edib.
Qarşılaşmanın taleyini 1 qol həll edib. Bernardo Diasin 61-ci dəqiqədə penaltidən vurduğu top “Araz-Naxçıvan”a 1:0 hesablı qələbə qazandırıb. Cütlük arasında cavab matçı fevralın 28-də Zirə İK stadionunda gerçəkləşəcək.
Qeyd edək ki, bu gün keçiriləcək “Səbail” – “Qarabağ” görüşü ilə mərhələnin ilk oyunları başa çatacaq.