featured-image-68914

Azərbaycanın futzal üzrə UEFA Çempionlar Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” bu gün ilkin mərhələdə birinci oyununa çıxıb.

Msport.az xəbər verir ki, F qrupunda yer alan komanda ilk matçını Şimali İrlandiyanın “Sparta Belfast” kollektivinə qarşı keçirib.

Avstriyanın Linz şəhərində yerləşən NMS İdman Sarayında keçirilən görüş Azərbaycan çempionunun 9:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Araz-Naxçıvan”ın heyətində qolları Aleks Rezende (2:35, 31:03), Ülvü Əliyev (3:53, 33:21), Karlos Bertuola (10:30, 18:34, 30:10), Aleks Teyxeyra (11:10) və Jean Perruzo (37:04) vurublar.

Qeyd edək ki, “Araz-Naxçıvan” II tur çərçivəsində avqustun 28-də Şotlandiyanın “PYF Saltires” komandası ilə üz-üzə gələcək. Eyni məkanda keçiriləcək həmin görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Bənzər xəbərlər