“Araz-Naxçıvan”da ayrılıq
“Araz-Naxçıvan”da daha bir futbolçunun durumu müəyyənləşib.
Msport.az xəbər verir ki, Vadim Abdullayev komandanı tərk edib.
Onunla başa çatan müqavilənin yenilənməməsi qərara alınıb.
Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov və Slavik Alxasov və Qara Qarayevlə də yeni müqavilə imzalanıb.