featured-image-65677

“Araz-Naxçıvan” qapıçısı Tərlan Əhmədli ilə müqavilənin müddətini uzadıb.

Msport.az xəbər verir ki, bu barədə Naxçıvan klubu məlumat yayıb.

31 yaşlı qolkiper daha 1 il “Araz-Naxçıvan”ın formasını geyinəcək. O, 2024/2025 mövsümündə də “qırmızı-ağlar”ın heyətində yer alıb.

Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro və qapıçı Kristian Avramla da yeni müqavilə imzalanıb.

Bənzər xəbərlər