featured-image-65724

“Araz-Naxçıvan” futbolçusu Ömər Buludovla müqaviləni yeniləyib.

Msport.az Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi ilə anlaşma 1 ili əhatə edəcək.

Buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, qapıçılar Kristian Avram və Tərlan Əhmədli ilə də yeni müqavilə imzalanıb.

Qeyd edək ki, Misli Premyer Liqasının 2024-25 mövsümünü üçüncü pillədə başa vuran “Araz-Naxçıvan” UEFA Konfrans Liqasında iştirak hüququ qazanıb.

Bənzər xəbərlər