“Araz-Naxçıvan”da daha bir yeni müqavilə
“Araz-Naxçıvan”da daha bir futbolçu ilə bağlı qərar verilib.
Msport.az xəbər verir ki, müdafiəçi Bəxtiyar Həsənalızadə də komandada qalıb.
Ötən mövsümün heyətində yer alan milli üzvü ilə yeni müqavilə imzalanıb. Sazişə əsasən, o, daha bir mövsüm Naxçıvan klubunun formasını geyinəcək.
Qeyd edək ki, “Araz-Naxçıvan”da buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov və Ülvü İsgəndərovla da yeni müqavilə imzalanıb.