“Araz-Naxçıvan”da daha 2 yeni müqavilə
“Araz-Naxçıvan” daha 2 futbolçu ilə yeni müqavilə imzalayıb.
Msport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Ürfan Abbasov və Ülvü İsgəndərov 2025-2026 mövsümünün sonuna qədər “qırmızı-ağlar”ın uğuru üçün çalışacaq. Hər iki futbolçu ilə anlaşma 1 illikdir.
Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, qapıçılar Kristian Avram və Tərlan Əhmədli ilə də yeni müqavilə imzalanıb.