“Araz-Naxçıvan”dan Anqola klubuna
“Araz-Naxçıvan”dan ayrılan Benni Kardozonun yeni klubu bəlli olub.
Msport.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi Anqolada oynayacaq.
O, bu ölkənin “Petro de Luanda” klubuna keçib. Bu barədə yüksək liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, portuqaliyalı futbolçu 2024-2025 mövsümündə “Araz-Naxçıvan”da çıxış edib.