featured-image-56176

Azərbaycan Premyer Liqasının X turunda “Araz-Naxçıvan” komandası səfərdə “Şamaxı”nı məğlub edib.

Msport.az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan qarşılaşma Elmar Baxşıyevin rəhbərlik etdiyi Naxçıvan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 73-cü dəqiqədə Felipe Santos rəqib qapısından keçirib.

Qeyd edək ki, turun ötən gün baş tutan “Kəpəz” – “Qarabağ” görüşündə Ağdam təmsilçisi böyükhesablı qələbə qazanıb – 5:0.

Bənzər xəbərlər