featured-image-56010

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

Klubdan Msport.az-a verilən məlumata görə, bölgə təmsilçisi Sezar Meza Kolli ilə anlaşıb.

Azad agent statusuna malik 33 yaşlı futbolçu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.

Paraqvaylı mərkəz yarımmüdafiəçi peşəkar karyerasında müxtəlif illərdə İtaliyanın “Çezena” və “Pavia”, İspaniyanın “Alaves”, Azərbaycanda isə “İnter”, “Keşlə”, “Şamaxı”, “Neftçi” və “Zirə” klublarının heyətində çıxış edib.

Bənzər xəbərlər