featured-image-63396

Azərbaycan kubokunun yarımfinal mərhələsində “Qarabağ”la keçirilən ilk oyun “Araz-Naxçıvan” üçün ikiqat əlamətdar olub.

Msport.az xəbər verir ki, qələbə topu naxçıvanlıların ölkə kubokundakı 30-cu qolu olub.

Həmin qələbə qolunun müəllifi isə braziliyalı Felipe Santosdur. Bölgə təmsilçisi 30 qola 19-cu kubok matçında çatıb. Komanda bunun 10-na öz meydanında imza atıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” 2000-2001 mövsümündə Azərbaycan kubokunda debüt edib.

Bənzər xəbərlər