“Araz-Naxçıvan”ın 2 futbolçusu “Qarabağ”la oyun öncəsi sıraya döndü
Azərbaycan Kubokunun 1/2 final mərhələsinin cavab oyununda “Qarabağ”la qarşılaşacaq “Araz-Naxçıvan” hazırlığını davam etdirir.
Msport.az xəbər verir ki, bugünkü məşqə zədəsini sağaldan futbolçulardan Bəxtiyar Həsənalızadə və Miço Kuzmanoviç də qoşulub.
Onların aprelin 23-də keçiriləcək oyunda iştirakı matç günü məlum olacaq.
Qeyd edək ki, “Qarabağ” – “Araz-Naxçıvan” oyunu aprelin 23-də, saat 17:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu komandaların ilk görüşündə “Araz-Naxçıvan” 1:0 hesablı qələbə qazanıb.