“Araz-Naxçıvan”ın avrokubok matçı üçün - 2 manat
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Araz-Naxçıvan” – “Aris” (Yunanıstan) oyununun biletləri bu gün satışa çıxarılıb.
Msport.az xəbər verir ki, biletlərin qiyməti sektorlar üzrə müvafiq olaraq 1 və 2 manatdır.
Biletlər hər gün saat 10:00-dan 21:00-dək “Liv Bona Dea Arena” və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılır.
Qeyd edək ki, iyulun 24-də “Liv Bona Dea Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq.