“Araz-Naxçıvan”ın legioneri məşqlərə başladı
“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının XV turunda “Turan Tovuz”a qarşı keçirəcəyi oyunun hazırlığını davam etdirir.
Msport.az xəbər verir ki, Taktiki planda təmrinlər yerinə yetirən komandada zədəlilər də məşqlərə başlayıb. Vadim Abdullayev və Bayraməli Qurbanovun ardından Karlos Jatoba da fiziki hazırlıq üzrə məşqçi Teodor Terzievin rəhbərliyi altında məşq edir.