featured-image-67670

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Msport.az xəbər verir ki, Azərbaycan təmsilçisi  “Araz-Naxçıvan”ın III təsnifat mərhələsindəki potensial rəqibləri olan “Omoniya” (Kipr) və “Torpedo” (Kutaisi, Gürcüstan) komandaları da üz-üzə gəlib.

Kiprdə keçirilən oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 20-ci dəqiqədə Stevan Yovetiç vurub.

Qeyd edək ki, “Araz-Naxçıvan” II təsnifat mərhələsinin ilk oyununda Bakıda Yunanıstan “Aris”ini 2:1 hesabı ilə məğlub edib. 3-cü mərhələnin oyunları isə 7 və 14 avqustda keçiriləcək.

Bənzər xəbərlər