“Araz-Naxçıvan”ın rəqibi dəyişdi
“Araz-Naxçıvan”ın qış hazırlıq planı zamanı keçirəcəyi yoxlama oyunlarının təqvimində dəyişiklik olub.
Msport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi əvvəlcədən nəzərədə tutulduğu kimi, yanvarın 8-də klubun əvəzediciləri ilə deyil, bir gün sonra – yanvarın 9-da “Sumqayıt”la üz-üzə gələcək.
Görüş “Kapital Bank Arena”da keçiriləcək. Oyunun başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.
Beləliklə yanvarın 5-də bir araya gələcək “qırmızı – ağlar” yanvarın 9-da “Sumqayıt”, ayın 11-də isə “Səbail”lə qarşılaşacaq.