“Araz-Naxçıvan”ın rəqibində portuqaliyalı müdafiəçi
“Araz-Naxçıvan”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Aris” heyətini portuqaliyalı mərkəz müdafiəçisi ilə gücləndirib.
Msport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Yunanıstan klubu Pedro Alvareslə müqavilə imzalayıb.
O, Saloniki təmsilçisinə ölkəsinin “Eştoril” komandasından transfer olunub. 25 yaşlı arxa xətt oyunçusu Portuqaliyanın U-20 millisində də çıxış edib.
Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin görüşləri iyulun 24-də və 31-də keçiriləcək. “Araz-Naxçıvan” ilk görüşü evdə, cavab matçını səfərdə keçirəcək.