featured-image-67769

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində keçiriləcək “Aris” – “Araz-Naxçıvan” oyunu öncəsi mətbuat konfransının və açıq məşqin vaxtı dəqiqləşib.

Msport.az xəbər verir ki, təmsilçimizin baş məşqçisi Elmar Baxşıyev Bakı vaxtı ilə saat 19:30-da jurnalistlərin suallarını cavablandıracaq.

Saat 20:00-da isə ilk 15 dəqiqəsi KİV üçün açıq məşq start götürəcək. Mətbuat konfransı və açıq məşq “Kleanthis Vikelidis” stadionunda baş tutacaq.

Qeyd edək ki, “Araz-Naxçıvan” iyulun 29-da Bakı-Afina-Saloniki reysi ilə Yunanıstana yollanacaq. Bu komandalar arasında cavab oyunu iyulun 31-də, saat 22:15-də, “Kleanthis Vikelidis” stadionunda keçiriləcək. Bakıda baş tutmuş matçda komandamız 2:1 hesabı ilə qələbə qazanıb.

Bənzər xəbərlər