featured-image-77966
“Araz-Naxçıvan” və futbolçu Vanderson Melo arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat idməti məlumat yayıb.
2023-2024-cü illər mövsümündən “qırmızı-ağlar”ın heyətində çıxış edən braziliyalı yarımmüdafiəçi cari mövsümdə Azərbaycan Premyer Liqasında 16 oyunda meydana çıxıb.
V. Melo anpfc.az-a qısa açıqlama verib: “Burada 3 maraqlı mövsüm keçirdim. Uğurlu nəticələrimiz də oldu, təəssüfləndiyimiz oyunlar da. Komanda ötən mövsüm tarixində ilk dəfə olaraq üçüncü yeri tutdu və avrokuboklarda oynamaq hüququ qazandı. UEFA Konfrans Liqasında “Aris” kimi güclü rəqibi üstələdik və mərhələ adladıq. Cari mövsümlə bağlı isə ancaq təəssüflənmək olar. Çünki qarşıya qoyulan məqsədə çata bilmədik.
Burada olmağıma şərait yaradan klub rəhbərliyinə təşəkkür edirəm. Ümid edirəm ki, növbəti mövsüm “Araz-Naxçıvan” hazırkından daha yaxşı çıxış edər və uğur qazanar

Bənzər xəbərlər