“Araz-Naxçıvan” məşqləri bərpa etdi
Azərbaycan millisinin rəsmi oyunlarına görə Premyer Liqada yaranmış fasilə ilə əlaqədar 3 gün istirahət edən “Araz-Naxçıvan” məşqlərini bərpa edib.
Msport.az xəbər verir ki, fasilədən sonra ilk məşq yüngül təmrinləri yerinə yetirməklə keçib.
Vadim Abdullayev Azərbaycan, Kristian Avram isə Moldova millisinin düşərgəsində olduğuna görə, hazırlıq prosesinə qatılmayıblar.
Onlardan başqa, zədəli Ramin Nəsirli və reabilitasiya prosesi keçən Karlos Jatoba komandaya qoşulmayıb.