featured-image-67389

Türkiyədə təlim-məşq toplanışında olan “Araz-Naxçıvan” bu gün sonuncu yoxlama matçına çıxacaq.

Msport.az xəbər verir ki, Elmar Baxşıyevin komandası yerli “Trabzonspor”la qarşılaşacaq.

Superliqa təmsilçisi ilə görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Naxçıvan təmsilçisi bunadək Türkiyə Həvəskar Liqa təmsilçisi “Bayburtspor”a 14:0 hesabı ilə qalib gəlib, Superliqa təmsilçiləri “Alanyaspor”la 0:0 hesablı heç-heçə edib, “Konyaspor”a uduzub – 1:2.

Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Aris”lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə keçiriləcək.

Bənzər xəbərlər