“Araz-Naxçıvan” “Turan Tovuz” önünə itkilərlə çıxacaq
Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində sabah “Turan Tovuz”u qəbul edəcək “Araz-Naxçıvan” oyuna 2 itki ilə çıxacaq.
Msport.az xəbər verir ki, komandada cəzalı futbolçu yoxdur.
Əvəzində Vanderson Melo və Bruno Franko zədə səbəbindən bu qarşılaşmada iştirak edə bilməyəcəklər.
Qeyd edək ki, Sumqayıtdakı “SOCAR Polimer Arena”da baş tutacaq “Araz-Naxçıvan” – “Turan Tovuz” qarşılaşmasının start fiti 17:00-da səsləndiriləcək.







