featured-image-68561

Azərbaycan Premyer Liqasında I tura bu gün yekun vurulacaq. Msport.az xəbər verir ki, avrokuboklarda mübarizəni dayandırmış iki klub – “Zirə” və “Araz-Naxçıvan” üz-üzə gələcək.

Ötən mövsümün gümüş və bürünc medalçılarının qarşıdurması 20:00-da start götürəcək. Qeyd edək ki, Naxçıvan klubu Kiprdən “Omoniya” səfər matçından gec qayıtdığından oyunun çərşənbə axşamı keçirilməsi barədə qərar verilmişdi.

Azərbaycan Premyer Liqası

 1-ci tur

19 avqust (çərşənbə axşamı)

20:00. “Zirə” – “Araz-Naxçıvan”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Elvin Bayramov

VAR: Nicat İsmayıllı

AVAR: Asiman Əzizli

Zirə İdman Kompleksinin stadionu

15 avqust (cümə)

“Karvan” – “Qəbələ” – 1:1

16 avqust (şənbə)

“Neftçi” – “Şamaxı” – 1:1

“İmişli” – “Turan Tovuz” – 0:1

17 avqust (bazar)

“Sumqayıt” – “Kəpəz” – 3:0

Qeyd edək ki, ilk turun “Sabah” – “Qarabağ” matçı təxirə salınıb.

 

Bənzər xəbərlər