Arda “Real”la müqaviləsini yenilədi
“Real” Türkiyə millisinin futbolçusu Arda Gülərlə yeni müqavilə imzalayıb.
Msport.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
“Kral klubu” üç il əvvəl heyətinə qatdığı 21 yaşlı yarımmüdafiəçi ilə 5 illik yeni müqavilə barədə razılığa gəlib.
Qeyd edək ki, Arda Gülər cari mövsümdə məhsuldar ötürmələri ilə diqqət çəkib.







