“Aris”in baş məşqçisi: “Bizi çətin qarşılaşma gözlədiyini bilirik”
“Aris” “Araz-Naxçıvan”ı təhlil edib.
Msport.az xəbər verir ki, bunu Yunanıstan klubunun baş məşqçisi Marinos Uzunidis UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Araz”Naxçıvan”a qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.
Mütəxəssis səfər qarşılaşmasından sərfəli nəticə ilə dönmək istədiklərini bildirib: “Bu mənim Azərbaycana ilk səfərim deyil. Daha əvvəl “Qəbələ” klubuna rəqib baş məşqçi kimi ölkənizə gəlmişdim. “Araz-Naxçıvan”ı təhlil etmişik, bizi çətin qarşılaşma gözlədiyini bilirik. Sabahkı matç üçün start heyəti bəllidir. Həmin futbolçularla fərdi söhbətlər aparılıb. Meydana çıxacaq bütün oyunçular güclərini tam ortaya qoymalıdırlar”.
O, Azərbaycan klublarından hər il Avropada “Qarabağ”ı gördüklərini söyləyib: “Sizin komandalarınızdan “Qarabağ”ı və “Neftçi”ni tanıyıram. “Qarabağ” hər il avrokuboklarda qrupa düşür. Bunun şahidi oluruq. Ümumiyyətlə, futbolunuzun inkişafda olduğunu söyləyə bilərəm”.
Qeyd edək ki, “Araz-Naxçıvan” – “Aris” qarşılaşması sabah, saat 20:00-da “Dalğa Arena”da baş tutacaq.