featured-image-78525

Bu gün UEFA Çempionlar Liqasında 2025-2026 mövsümünün qalibi məlum olacaq.

Msport.az xəbər verir ki, Budapeştdə keçiriləcək həlledici matçda “Arsenal” və PSJ üz-üzə gələcək.

Bakı vaxtı ilə saat 20:00-da başlayacaq görüşün baş hakimi almaniyalı Daniel Zibert olacaq.

Qeyd edək ki, PSJ turnirin son qalibidir. Paris təmsilçisi ötən mövsüm “İnter”i məğlub edərək tarixində ilk dəfə bu titula sahib olub. “Arsenal” isə ilk dəfə qitənin bir nömrəli klub turnirində finala kimi irəliləyib.

30 may

UEFA Çempionlar Liqası
Final

20:00. PSJ (Fransa) – “Arsenal” (İngiltərə)
Baş hakim:
 Daniel Zibert (Almaniya)
“Puşkaş Arena”

Bənzər xəbərlər