Millilərimizə yerli baş məşqçilər təyin olunacaq
Aşağı yaş qrupu üzrə Azərbaycan millilərinin yeni baş məşqçiləri yerli mütəxəssislər olacaq.
Msport.az xəbər verir ki, bu məlumatı AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev “CBC Sport” telekanalına açıqlamasında verib.
O bildirib ki, aşağı yaş qrupu üzrə yığmalara əcnəbi mütəxəssislərin gətirilməsi gündəmdə deyil. Yığmaların yeni çalışdırıcıları AFFA İcraiyyə Komitəsinin növbəti iclaslarında müzakirə olunacaq.
Qeyd edək ki, hələlik yalnız U-17 millimizin baş məşqçisi İlham Yadullayevlə müqavilə müddəti maya qədər uzadılıb.