Avropa çempionatı: Millimiz Türkiyə ilə üz-üzə
Qadın voleybolçular arasında Avropa çempionatında 1/8 final mərhələsinin oyunları keçirilir.
Msport.az xəbər verir ki, Azərbaycan millisi bu gün İstanbulda Türkiyə komandası ilə qarşılaşacaq.
Sinan Erdem İdman Sarayında keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
C qrupunu üçüncü sırada tamamlayan Azərbaycan millisi pley-offa vəsiqə əldə edib.
Türkiyə isə A qrupunda 2-ci olub.







