Cordanın forması rekord məbləğə satıldı
Milli Basketbol Assosiasiyasının (NBA) altıqat qalibi Maykl Cordanın “Çikaqo”nun heyətində son mövsümdə çıxış etdiyi forması hərracda rekord məbləğə – 14 milyon dollara satılıb.
Msport.az xəbər verir ki, Cordan bu geyimdə 1998-ci il final seriyasının “Yuta”ya qarşı ikinci matçında (93:88) çıxış edib və həmin görüşdə 37 xal toplayıb.
Sonradan komanda seriyada qalib gəlib (4:2). Alıcı amerikalının avtoqrafı olan formaya sahib olub.
14 milyon dollarlıq məbləğ basketbolla bağlı satılan əşyalar üçün rekord olub. Həmçinin forma idman tarixində ikinci ən bahalı formadır. Rekord amerikalı beysbolçu Beyb Rutun formasına məxsusdur. O, 2024-cü ildə 24,12 milyon dollara alınıb.
Daha əvvəl Maykl Cordana məxsus forma hərracda 12,26 milyon dollara satılmışdı.







