Avropa çempionatı: Millimiz uduzdu
Qadınlardan ibarət voleybol üzrə Azərbaycan millisi Avropa çempionatında növbəti oyununu keçirib.
Msport.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi komanda Belçika ilə qarşılaşıb.
Milli Gimnastika Arenasında keçirilən görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb – 25:19, 25:22, 25:23.
Bu nəticədən sonra Azərbaycan millisi 8 xalla qrupda 3-cü pilləyə geriləyib. Belçika 11 xalla liderliyə yüksəlib. 8 xalı olan Niderland isə ikinci sırada qərarlaşıb. Portuqaliyanın 3, Rumıniyanın 2, İspaniyanın isə 1 xalı var.
Qeyd edək ki, qrup oyunları avqustun 28-dək Bakıda keçiriləcək.







