featured-image-56312

“Sabah meydanda çox işləməli olacağıq”.

Msport.az xəbər verir ki, bu sözləri “Ayaks”ın futbolçusu Kian Fits-Cim UEFA Avropa Liqasının əsas mərhələsinin III turunda Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri oyun barədə Niderland klubunun rəsmi saytına açıqlamasında deyib.

21 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisinin bəzi matçlarını izlədiklərini bildirib: “Rəqib son 10 ildə öz ölkəsinin çempionu olub. Heyətində texnikalı yarımmüdafiəçilər var. Çətin oyun olacaq, amma biz hazırıq”.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

Bənzər xəbərlər